İranda iki İsveç vətəndaşı həbs olunub

İranda iki İsveç vətəndaşı həbs olunub
# 28 iyul 2020 12:27 (UTC +04:00)

İranda iki İsveç vətəndaşı həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib. Onun sözlərinə görə, həmin şəxslər narkotiklə həbs olunublar, hazırda onlar haqqında cinayət işi açılıb.

Həmin şəxslər həbsdə saxlanılır. Onların həbsi ilə bağlı İsveçin İrandakı səfirliyinə məlumat verilib.

Məhkəmə onlar haqqında qərar qəbul edəcək. Onlara konsulluq vasitəsilə yardım göstərilməsi və yaxınları ilə görüşməsi üçün şəraitin yaradılması ilə bağlı səfirliyə müraciət elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR