İranda iki nəfər koronavirusdan ölüb

İranda iki nəfər koronavirusdan ölüb
# 19 fevral 2020 19:32 (UTC +04:00)

İranda koronavirusa yoluxan iki nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına götə, Qum şəhər xəstəxanalarından birində tənəffüs problemləri ilə müalicə alan hər iki xəstənin analizləri onların koronavirusa yoluxduğunu göstərib. Hər iki xəstə həyatını itirib.

Qeyd edək ki, bu gün İran rəsmiləri ölkədə iki nəfərdə koronavirus aşkarlandığını ilk dəfə təsdiq edib.

İran Səhiyyə Nazirliyi son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunan şəxslərin olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR