İranda ildə 150 talassemiyalı uşaq doğulur

İranda ildə 150 talassemiyalı uşaq doğulur
# 08 may 2020 12:02 (UTC +04:00)

İranda ildə 150 talassemiyalı uşaq doğulur.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “8 may - Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar İranın Səhiyyə Nazirliyinin Talassemiya xəstələri üzrə idarə rəhbəri Mehdi Şadnuş bildirib.

Onun sözlərinə görə, İranda 18 300 nəfər talassemiya xəstəsi qeydiyyatdadır.

M. Şadnuş qeyd edib ki, talassemiyalı uşaqların ən çox doğulduğu bölgə Sistan və Bəlucistan əyalətidir.

“Təəssüflər olsun ki, bu bölgədə qohumlar arasında evliliklər çoxdur. Son vaxtlar bu əyalətin ağsaqqalları ilə razılıq əldə olunub ki, evlilikdən öncə cütlüklərdən analizlər götürülsün”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR