İranda jurnalist edam edilib

İranda jurnalist edam edilib
  • Clock-gray 11:49
  • calendar-gray 12 Dekabr 2020

İranda “Amad News” xəbər portalının rəhbəri Ruhulla Zam edam edilib.

APA-nın “Mehr News” agentliyinə istinadən verdiyi məlumata görə, o, bu gün səhər asılıb.

Qeyd edək ki, İran hakimiyyəti jurnalisti R. Zamı xarici kəşfiyyatdan yardım almaqda təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.  

2019-cu ilin oktyabr ayının ortalarında İran islam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) R. Zamın saxlanıldığı barədə məlumat yayıb. Açıq mənbələrdə yayılan məlumatlarda bildirilir ki, R. Zam 2017-ci ilin dekabr-2018-ci ilin yanvar aylarında bütün İran ərazisində keçirilən etiraz aksiyalarını aktiv işıqlandırıb. 

İRNA məlumat yayıb ki, o, “əksinqilabi fəaliyyət”ə görə tutulub. Bildirilir ki, R. Zam guya Fransa kəşfiyyatının təlimatı ilə hərəkət edib, ABŞ və İsrail kəşfiyyat xidmətlərindən dəstək alıb.

“Associated Press” agentliyi isə yazır ki, R. Zam Fransada mühacirətdə yaşayıb, lakin onun necə və harada tutulduğu açıqlanmır.

apa-logo-mini

Digər xəbərlər