İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

 İranda koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır
# 29 iyul 2020 14:44 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 196 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 16 343 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 636 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 298 909 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 259 116 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR