İranda koronavirusa yoluxanların sayı 309437 nəfərə çatıb

İranda koronavirusa yoluxanların sayı 309437 nəfərə çatıb
# 02 avqust 2020 15:14 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 208 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 17190 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2685 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 309437 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR