İranda koronavirusdan daha 129 nəfər ölüb

İranda koronavirusdan daha 129 nəfər ölüb
  • Clock-gray 13:53
  • calendar-gray 22 Mart 2020

İranda yeni tip koronavirusdan (Covid-19) daha 129 nəfər ölüb.

APA- nın Tehrna bürosunun məlumatına görə, bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1685 nəfərə çatıb.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, yeni 1028 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 21 min 638 fakt təşkil edir.

K.Cahanpur 7913 nəfərin xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxıldığını qeyd edib.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər