İranda koronavirusdan ölənlərin sayı 10 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 10 mini ötüb
# 25 iyun 2020 14:15 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 134 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 10 130 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 595 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 215 096 nəfərə çatıb. İndiyədək xəstəlikdən 175 103 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 899 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR