İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb
# 02 iyul 2020 13:39 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 148 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 106 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 652 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 232 863 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 194 098 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 097 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR