İranda koronavirusdan ölənlərin sayı 145-ə çatıb

İranda koronavirusdan ölənlərin sayı 145-ə çatıb
# 07 mart 2020 15:27 (UTC +04:00)

İranda koronavirusdan ölənlərin sayı artıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, İranda daha 21 nəfər koronavirusdan həyatını itirib.

Beləliklə ölkədə koronavirusdan ölənlərin sayı 145-ə çatıb.

İranda ümumilikdə 5823-ə yaxın adam koronavirusa yoluxub.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı artaraq 103 737-yə, ölənlərin sayı isə 3522-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR