İranda koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb

 İranda koronavirusdan ölənlərin sayı 4 585  nəfərə çatıb
# 13 aprel 2020 13:37 (UTC +04:00)

İranda son sutka ərzində 111 nəfər koronavirusdan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Bununla da İranda koronavirusdan vəfat edənlərin sayı 4585 nəfərə çatıb.
Ölkədə son 24 saat ərzində 1617 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da indiyədək virusa yoluxanların sayı 73 303-ə çatıb. Onlardan 45 983 nəfər sağalıb. Virus daşıyıcısı olan 3877 xəstənin vəziyyəti ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR