İranda koronavirusdan ölənlərin sayı 53 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 53 mini keçib
# 17 dekabr 2020 14:47 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 53 095 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 7 453 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 138 530 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 856 513 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5645 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR