İranda koronavirusdan ölənlərin sayı 54693 nəfərə yüksəlib

İranda koronavirusdan ölənlərin sayı 54693 nəfərə yüksəlib
# 27 dekabr 2020 14:52 (UTC +04:00)

İranda ötən sutka ərzində 119 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54693 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5500 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1200465 nəfərə çatıb. Virus daşıyıcılarından 5500 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 951860 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR