İranda koronavirusdan ölənlərin sayı 58 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 58 mini keçib
# 01 fevral 2021 14:53 (UTC +04:00)

İranda ötən sutka ərzində 79 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 038 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 597nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 424 596 nəfərə çatıb. Virus daşıyıcılarından 3 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 216 305 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR