İranda koronavirusdan ölənlərin sayı 60431 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 60431 nəfərə çatıb
# 04 mart 2021 14:51 (UTC +04:00)

İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 60 431 nəfərə çatıb

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 404 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 665 103 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 760 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 420 958 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR