İranda koronavirusdan ölənlərin sayı 61 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 61 mini ötüb
# 11 mart 2021 16:31 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 88 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 61 016 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 308 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 723 470 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 818 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR