İranda koronavirusdan ölənlərin sayı 61877 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 61877 nəfərə çatıb
# 22 mart 2021 13:29 (UTC +04:00)

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61877 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7357 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1808422 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR