İranda koronavirusdan ölənlərin sayı 62569 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 62569 nəfərə çatıb
  • Clock-gray 14:12
  • calendar-gray 30 Mart 2021

İranda ötən 24 saat ərzində 91 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 62569 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 875234 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3953 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O qeyd edib ki, İranda ötən sutka ərzində 10250 nəfər koronavirusa (COVID-19) yoluxub.

Süleyman Fərzəliyev

Digər xəbərlər