İranda koronavirusdan ölənlərin sayı artır

İranda koronavirusdan ölənlərin sayı artır
# 24 iyun 2020 13:58 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 133 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 996 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 531 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 212 501 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 172 096 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2869 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xatırladaq ki, İranda bundan əvvəlki sutka koronavirusdan 121 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR