İranda koronavirusdan vəfat edənlərin sayı 5 574-ə çatıb

İranda koronavirusdan vəfat edənlərin sayı 5 574-ə çatıb
  • Clock-gray 14:51
  • calendar-gray 24 Aprel 2020

İranda koronavirusdan vəfat edənlərin sayı 5574 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, ölkədə son sutka ərzində 93 nəfər yeni növ koronavirusdan vəfat edib və ölənlərin sayı 5574 nəfərə çatıb. Onun sözlərinə görə, İranda son 24 saatda 1 168 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların sayı 88 194 nəfərə çatıb.

İndiyədək virusa yoluxanların 66 596 nəfəri sağalıb.

Hazırda virus daşıyıcısı olan 3 121 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər