İranda lazerlə idarə olunan raket sisteminin təqdimatı keçirilib

İranda lazerlə idarə olunan raket sisteminin təqdimatı keçirilib
# 20 iyul 2020 15:02 (UTC +04:00)

İranda lazerlə idarə olunan raket sisteminin təqdimatı keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasimi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general-mayor Hüseyn Salaminin “Fəth” bazasına ziyarəti çərçivəsində baş tutub.

Mərasimə SEPAH Baş Qərargahının nümayəndələri də qatılıb.

Bundan başqa, hərbi mütəxəssislər tərəfindən əsaslı şəkildə təmir edilmiş təyyarələr və helikopterlər də nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR