İranda mədəndə qəza baş verib

İranda mədəndə qəza baş verib
# 03 iyul 2020 13:54 (UTC +04:00)

İranda mədəndə qəza baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, qəza yerli vaxtla saat 13:35-də İranın Kirmanşah əyalətinin Gilanqərb şəhərində yerləşən mədəndə qeydə alınıb.

Hadisə yerinə helikopterlər cəlb olunub, axtarış-xilasetmə işləri aparılır.

Qəzanın təfərrüatları məlum deyil. Eyni zamanda ölən və yaralananlar barədə xəbər verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR