İranda ötən gün 172 nəfər koronavirusdan ölüb

İranda ötən gün 172 nəfər koronavirusdan ölüb
# 05 aprel 2021 15:16 (UTC +04:00)

İranda ötən 24 saat ərzində 172 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 63332 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1945964 nəfərə yüksəlib.

O qeyd edib ki, İranda ötən sutka ərzində 13890 nəfər koronavirusa (COVID 19) yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR