İranda ötən sutka 100 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 100 nəfər koronavirusdan ölüb
# 15 mart 2021 15:08 (UTC +04:00)

İranda ötən sutka ərzində 100 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61330 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7980 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1754933 nəfərə çatıb.

Virus daşıyıcılarından 3839 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR