İranda ötən sutka 112 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 112 nəfər koronavirusdan ölüb
# 28 avqust 2020 13:45 (UTC +04:00)

İranda ötən sutka ərzində 112 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21249 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 21115 nəfər koronavirusa yoluxub. Beləliklə ,İranda bu virusa yoluxanların sayı 369911 nəfərə çatıb. Virus daşıyıcılarından 3811 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 318270 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR