İranda ötən sutka 423 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 423 nəfər koronavirusdan ölüb
  • Clock-gray 15:26
  • calendar-gray 07 Noyabr 2020

İranda ötən sutka ərzində 423 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 37832 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 9450  nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 673250 nəfərə yüksəlib.   

İranda indiyədək 515153 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər