İranda ötən sutka 424 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 424 nəfər koronavirusdan ölüb
# 06 noyabr 2020 14:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 424 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın TEhran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 37409 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8864 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 663800 nəfərə yüksəlib.

İranda indiyədək 509952 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR