İranda ötən sutka 458 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 458 nəfər koronavirusdan ölüb
  • Clock-gray 15:04
  • calendar-gray 09 Noyabr 2020

İranda ötən sutka ərzində 458 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 38749 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10463 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 692949 nəfərə yüksəlib. 

İranda indiyədək 525641 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər