İranda ötən sutka 74 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 74 nəfər koronavirusdan ölüb
# 13 fevral 2021 16:07 (UTC +04:00)

İranda ötən sutka ərzində 74 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58883 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7120 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1510873 nəfərə çatıb. Virus daşıyıcılarından 3720 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1291726 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR