İranda ötən sutka 83 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 83 nəfər koronavirusdan ölüb
# 18 yanvar 2021 15:00 (UTC +04:00)

İranda ötən sutka ərzində 83 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 886 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 806 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 336 217 nəfərə çatıb. Virus daşıyıcılarından 4 348 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 125 499 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR