İranda ötən sutka koronavirusdan 82 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 82 nəfər ölüb
# 09 yanvar 2021 15:08 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 82 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 100 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 924 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 280 438 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 686 nəfərin vəziyyəti ağırdır.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 067 466 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR