İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb
# 11 yanvar 2021 15:22 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID -19) 91 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 262 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 208 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 292 614 nəfərə yüksəlib.

Koronavirus daşıyıcılarından 4 568 nəfərin vəziyyəti ağırdır.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 081 736 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR