İranda ötən sutkada 117 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 117 nəfər koronavirusdan ölüb
# 27 avqust 2020 13:39 (UTC +04:00)

İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21137 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2190 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 367796 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3822 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 316 638 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR