İranda ötən sutkada 118 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 118 nəfər koronavirusdan ölüb
# 04 sentyabr 2020 13:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 118 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22044 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2026 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 382772 nəfərə çatıb. Virus daşıyıcılarından 3695 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 330308 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR