İranda ötən sutkada 128 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 128 nəfər koronavirusdan ölüb
# 31 dekabr 2020 14:31 (UTC +04:00)

İranda ötən sutka ərzində 128 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55223 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6390 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1225143 nəfərə çatıb. Virus daşıyıcılarından 5039 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 988838 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR