İranda ötən sutkada 67 nəfər COVID-19-dan ölüb

İranda ötən sutkada 67 nəfər COVID-19-dan ölüb
# 17 fevral 2021 14:30 (UTC +04:00)

İranda ötən sutka ərzində 67 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 184 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 8042 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 542 076 nəfərə çatıb. Virus daşıyıcılarından 3 684 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 317 612 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR