İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
  • Clock-gray 14:45
  • calendar-gray 26 Fevral 2021

İranda ötən sutka ərzində 69 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 899 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 103 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 16 151 840 nəfərə çatıb. Virus daşıyıcılarından 3 720 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 379 922 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər