İranda ötən sutkada 75 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 75 nəfər koronavirusdan ölüb
# 22 yanvar 2021 15:09 (UTC +04:00)

İranda ötən sutka ərzində 75 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 225 nəfərə yüksəlib.

O deyib ki, İranda ötən 24 saat ərzində 6 305 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 360 825 nəfərə çatıb. Virus daşıyıcılarından 4 134 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR