İranda ötən sutkada 81 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 81 nəfər koronavirusdan ölüb
# 27 fevral 2021 15:03 (UTC +04:00)

İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 980 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 7 975 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 623 159 nəfərə çatıb. Virus daşıyıcılarından 3 729 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 386 534 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR