İranda ötən sutkada 87 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 87 nəfər koronavirusdan ölüb
# 19 yanvar 2021 14:47 (UTC +04:00)

İranda ötən sutka ərzində 87 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 973 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5917 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 342 134 nəfərə çatıb.

Virus daşıyıcılarından 4272 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

S. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 131 883 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR