İranda ötən sutkada 89 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 89 nəfər koronavirusdan ölüb
# 22 fevral 2021 14:54 (UTC +04:00)

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 572 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 263 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 582 275 nəfərə çatıb. Virus daşıyıcılarından 3 685 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 351 390 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR