İranda ötən sutkada 94 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 94 nəfər koronavirusdan ölüb
# 25 fevral 2021 14:45 (UTC +04:00)

İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 830 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 8206 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 607 081 nəfərə çatıb. Virus daşıyıcılarından 3 712 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 372 309 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR