İranda ötən sutkada COVID-19-dan 81 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 81 nəfər ölüb
  • Clock-gray 15:11
  • calendar-gray 09 Mart 2021

İranda ötən sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 81 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 60 867 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 554 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 706 559 nəfərə çatıb.

Koronavirus daşıyıcılarından 3 811 nəfərin vəziyyəti ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər