İranda ötən sutkada COVID-19-dan 83 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 83 nəfər ölüb
# 15 yanvar 2021 15:21 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 83 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 56 621 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6485 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 318 295 nəfərə yüksəlib.

Koronavirus daşıyıcılarından 4 415 nəfərin vəziyyəti ağırdır.

S. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 107 011 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR