İranda ötən sutkada koronavirusdan 103 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 103 nəfər ölüb
# 07 yanvar 2021 14:51 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 103 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 55 993 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 360 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 268 263 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 745 nəfərin vəziyyəti ağırdır.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 050 553 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR