İranda ötən sutkada koronavirusdan 132 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 132 nəfər ölüb
  • Clock-gray 14:36
  • calendar-gray 25 Dekabr 2020

İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 132 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 54 440 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 021 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 189 203 nəfərə çatıb.

Koronavirus daşıyıcılarından 5 345 nəfərin vəziyyəti ağırdır. Sadat Lari qeyd edib ki, İranda indiyədək 933 736 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər