İranda ötən sutkada koronavirusdan 96 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 96 nəfər ölüb
# 31 mart 2021 13:37 (UTC +04:00)

İranda ötən 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 96 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, beləliklə İranda koronavirusdan ölənlərin sayı 62 665 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən sutka ərzində 10 330 nəfər COVID-19 yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 1 885 564 nəfərə yüksəlib.

O qeyd edib ki, virus daşıyıcılarından 3 970 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR