İranda parlament seçkilərində iştirak etmək üçün 16 mindən çox insan qeydiyyatdan keçib

İranda parlament seçkilərində iştirak etmək üçün 16 mindən çox insan qeydiyyatdan keçib
  • Clock-gray 12:50
  • calendar-gray 09 Dekabr 2019

İranda parlament seçkilərində iştirak etmək üçün 16 mindən çox insan qeydiyyatdan keçib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Seçki Komissiyasının rəhbəri Camal Orf bildirib. 11-ci çağırış parlament seçkilərində namizədlərin qeydə alınması prosesi ilə bağlı statistikanı təqdim edən C.Orfun sözlərinə görə, 15 618 namizədin qeydiyyatı başa çatıb:

"Ölkədə yaranmış internet probleminə görə, bəzi qeydiyyatlar əllə aparılıb və həmin şəxslərin qeydiyyatı sistemə oturmayıb. Onların da sistemə oturması ilə bu rəqəm 16 145-ə çata bilər".

Onun sözlərinə görə, qeydə alınan namizədlərin 88%-i kişilər, 12%-i qadınlardır.

O bildirib ki, namizədliyi qeydə alınanlardan 3 209 nəfər 36 yaşdan 40 yaşa qədər, 2 837 nəfər isə 42-45 yaş arasındadır.

Qeyd edək ki, İranda parlament seçkilərinə qatəlacaq namizədlərin qeydiyyatı dekabrın 1-dən 7-dək aparılıb.

İranda 11-ci çağırış parlament seçkiləri 2020-ci il fevralın 21-də keçiriləcək.

Süleyman Fərzəliyev

Digər xəbərlər