İranda qar uçqununda ölənlərin sayı 6 nəfərə çatıb

İranda qar uçqununda ölənlərin sayı 6 nəfərə çatıb
# 26 dekabr 2020 14:58 (UTC +04:00)

Ötən gün İranın paytaxtı Tehranda qar uçqununda ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu haqda Tehran əyalətinin Böhranın İdarəetmə Qərargahından məlumat verilib.

Məlumata görə, hadisə zamanı 11 nəfər xəsarət alıb və onların vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Tehranın Ahar, Darabad, və Kələkçal yüksəkliyində qar uçqunu olub. Nəticədə 100-dən çox insan qış idman turizm mərkəzində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR