İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
# 08 dekabr 2020 13:34 (UTC +04:00)

İranın Fars, Gilan, Sistan və Bəlucistan, Buşəhr, Hörmüzqan, Kerman və Xuzestan əyalətlərində son günlərdə normadan artıq yağıntıların düşməsi nəticəsində sel və daşqınlar baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, ölkənin Fövqəladə Hallar Təşkilatının sözçüsü Muctəba Xalidi bildirib ki, sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Qeyd olunub ki, son günlərdə sel və daşqınlar daha çox Hörmüzqan əyalətində fəsadlar yaradıb. Burada 6 nəfər, digər əyalətlərdə isə 3 nəfər həyatını itirib.

İranın Əhvaz şəhəri və onun rayonlarında bır sıra yaşayış massivləri su altında qalıb.

Qeyd edək ki, bundan öncə 7 nəfərin öldüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR